Qəzetin baş redaktoru dövlətə xəyanətə görə 10 il aldı

Qəzetin baş redaktoru dövlətə xəyanətə görə 10 il aldıAğır Cinayətlərə dair Məhkəmə «Tolışi sado» («Talışın səsi») qəzetinin baş redaktoru Novruzəli Məmmədovu dövlətə xəyanətə görə 10 il, nəşrin məsul katibi Elman Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Məmmədov və Quliyev qəzetin səhifələrində «dövlətə loyal münasibət pərdəsi altında» Azərbaycana qarşı təbliğat aparmaqda təqsirləndirilib. İttihamnaməyə görə, qəti millətçiliyin tərəfdarı olan «Tolışi sado» qəzeti başqa millətlərin nümayəndələrinin milli hisslərini təhqir edərək, Azərbaycan dövlətçiliyinin məhv edilməsi ilə Talış Muxtar Respublikasının yaradılmasına zəmin yaradırmış.
Novruzəli Məmmədov özünü təqsirli bilməyib. Cinayətlərini etiraf edən Elmin Quliyev isə xarici casuslarla əlaqə və İrandan maddi vəsait almaqda özünü təqsirli bilib. Məhkəmə zamanı o, Novruzəli Məmmədova qarşı ifadə verərək, onun məqsədli şəkildə qəzetdə talış dilini təbliğ edən materialların dərc etdirdiyini bildirib.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO