Qusarda televiziya yayımının keyfiyyətinin artırılması üçün tədbirlər gürülmüşdür

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, respublikanın şimal bölgəsində televiziya proqramların yayımında olan müəyyən problemlərin aradan qaldırılması məqsədi ilə bölgədə AzTV və İctimai TV proqramlarının yayımı monitorinq edilmişdir.
İctimai Televiziyanın proqram yayımının keyfiyyətinin və əhatəsinin artırılması üçün Qusar rayonunun Həzrə kəndində “Teleradio” İstehsalat Birliyi (İB) tərəfindən yeni televiziya vericisi quraşdırılmışdır.
Eyni zamanda, Qusar rayonunun Sudur, Mucuq, Əcaxur, Yuxarı Tahıtçal, Gican və Xuluq kəndlərində AzTV və İctimai Televiziyanın proqramlarının yayım keyfiyyətinin daha da artırılması üçün Sudur kəndinin yuxarı dağ ərazisində, dəniz səviyyəsindən 2400 metr yüksəklikdə “Teleradio” İB tərəfindən yeni televiziya ötürücü qülləsi inşa edilmiş və televiziya vericiləri quraşdırılaraq istifadəyə verilmişdir.
Göstərilənlərlə yanaşı, bu bölgədə “İdman Azərbaycan” televiziya, “Respublika” və “İctimai” radio proqramlarının yayım keyfiyyətinin və əhatəsinin artırılması üçün əlavə avadanlıq istismara verilmişdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO