“Quran”ı tərcümə edən azərbaycanlının kitabları Rusiyada

Rusiyanın Uzaq Şərq əyalətinin prokurorluğu 2009-cu il üçün “radikal fəaliyyətlər” sənədini açıqlayıb.

Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, sənəddə 2009-cu ilin prokurorluq məsullarının zəkat və oruc kimi ibadətlər haqqında yazılan İslam dininə aid kitabları yasaqlaması baxımından uğurlu il olduğu bildirilib.

Yasaqlanan kitablar arasında azərbaycanlı ilahiyyatçı Elmir Quliyevin də kitabları var.

Elmir Quliyev “Qurani Kərim”i rus dilinə çevirmişdi. Onun tərcüməsi ekspertlər tərəfindən müqəddəs kitabın rus dilinə mükəmməl tərcümə variantlarından biri olaraq dəyərləndirilirdi.

E.Quliyev 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Qlobal və sosial ekologiyanın fəlsəfi problemləri şöbəsinin dissertantıdır. O, ilahiyyat və dini fəlsəfə sahəsində 10 monoqrafiya, eləcə də 50-yə yaxın elmi məqalə və tərcümələrin müəllifidir. Evlidir, iki qızı var.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO