Qubada SalamNews-un və İnterAz-ın əməkdaşlarına hücum olub

Qubanın Zərqova kənd sakini Gültəkin Seyidova görmə problemi olduğu üçün əlillik qurupu almaq istəyir. Lakin, o, dəfələrlə Quba Tibbi Sosial Ekspert Komissiyasına müraciət etməsinə baxmayaraq, istəyi yerinə yetirilmir. G.Seyidova bildirib ki, Quba TSEK məndən pul istəyir. Mənim isə onlara verəcək pulum yoxdur.

SalamNews-un və İnterAz-ın bölgə müxbirləri onun şikayəti ilə bağlı Quba TSEK-nın yerləşdiyi Mərkəzi Xəstəxanaya gedib məsələni araşdırmaq istəyib, lakin içəri daxil olan kimi mühafizəçilərin hücumuna məruz qalıb. Əməkdaşlarımızın üstünə hücum çəkən “Riyad Mühafizə” xidmətinin əməkdaşları TSEK sədri Pərviz Məhsimovun çəkilişə icazə vermədiyini bildirərək, onları zorla xəstəxanadan uzaqlaşdırıblar.

– See more at: http://salamnews.org/az/news/read/113083#sthash.OknJsNkr.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO