Qərb jurnalistlərinə dağıdılmış Tsinvalini göstəriblər

Parfitt yazır ki, Tsinvali yaxınlığındakı kəndlərdə yandırılmış ev çoxdur və onlardan bəziləri hələ də yanmaqda davam edir. Tsinvaliyə gəlincə isə, Parfitt şəhərin tamamilə yer üzündən silinməsi xəbərinin bir qədər şişirdildiyini vurğulayır. Onun sözlərinə görə, bəzi məhəllələr olduğu kimi qalsada, tam dağıdılmış zonaları da müşahidə etmək mümkündür. Belə ki, jurnalistlər Tsinvalinin cənubunda «Qrad» hərbi qurğusundan açılan atəş nəticəsində büsbütün dağıdılmış küçəni görüblər.

Rusiya tərəfi və Cənubi osetiya hakimiyyətinin məlumatına görə, Tsinvali və ətraf kəndlərdə Gürcüstan artilleriyası və hərbi hava qüvvələrinin endirdiyi zərbələr nəticəsind 1600-dən artın insan həlak olmuşdur.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO