Agentlik katibliyin qərarının səbəblərinin ifadə olunmadığını qeyd edir. Eyni zamanda, İTAR-TASS xəbər verir ki, Yakovenkonun işdən kənarlaşdırılmasına 2008-ci ilin aprelində keçirilmiş qurultayın KİV-in İnkişafı Mərkəzinin yaradılmasına dair qərarına əməl etməməsi səbəb olub. «İnterfaks» müxbiri ilə söhbətində İqor Yakovenko qərarla bağlı təəccübünü bildirib. «Bu qərar haqqında indi xəbər tutmuşam və bu, mənə qəribə gəlir. Yenə də qərarın səbəblərini aydınlaşdırmayanacan konkret bir söz deyə bilmərəm», – deyə Yakovenko bəyan edib.
lenta.ru