Qənimət Zahidin yeni jurnalist təşkilatını təqdim edəcəyi gün bilindi

Mayın 24-ü Norveç İnsan Haqları Evində (Bakı, Cəfər Cabbarlı küçəsi, 30) yeni jurnalist təşkilatının təqdimatı keçiriləcək. Mərasim saat 12-də başlayacaq. Təşkilatın təşəbbüsçüsü, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid “Media forum” saytına bu haqda qısa açıqlama verib.

Baş redaktorun sözlərinə görə, yeni jurnalist təşkilatı hərəkat formasında fəaliyyət göstərəcək: “Bu vaxta qədərki jurnalist təşkilatları ofis şəklində fəaliyyət göstərirdilər. Lakin yeni yaradılacaq təşkilat hərəkat kimi fəaliyyət göstərəcək. Çalışacağıq sıralarımız mümkün qədər geniş olsun. Jurnalistika fakültələrinin tələbələri ilə əlaqəli şəkildə işləyəcəyik və gənclərin mediaya gəlişinə yardımçı olacağıq. Gənclərə yol açmaq lazımdır”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO