Gənclər üçün Təhsil Mərkəzi tərəfindən həyata keçirilən “QHT Məktəbi” payız təlimlərinə start verilmişdir.
Təlimlərin məqsədi qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir.
İki ay davam edəcək təlimlər zamanı iştirakçılara “QHT fəlsəfəsi və QHT nədir”, “QHT-nin yaradılması və qeydiyyatı”, “QHT idarəetməsi və strukturun inkişafı” və digər mövzular tədris ediləcəkdir.
Payız təlimlərinin sonunda imtahandan uğurla keçənlərə diplomlar təqdim ediləcəkdir.
AzərTAc