QHT-lər üçün piar təlimləri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin mətbuatla əlaqələrinin qurulmasına aid aylıq silsilə təlimlərə başlayır. Təlimlərdə iştirakçılara QHT-lərin müasir kütləvi informasiya vasitələri ilə əlaqələrinin qurulmasının və inkişaf etdirilməsinin nəzəri və praktiki əsasları haqda biliklər veriləcək, bu sahədə mövcud vəziyyət peşəkar mütəxəssislər tərəfindən analiz ediləcək. Şuradan Modern.az-a bildirlib ki, təlimlərdə bütün QHT rəhbərləri və QHT-lərin PR işinə məsul şəxslər iştirak edə bilərlər. Təlimlərdə iştirak etmək üçün öncədən zəng vurub, təşkilatın və iştirakçı şəxsin adını bildirmək lazımdır. İlk təlim 20 may 2010-cu il saat 15.00-da Şuranın ofisində konfrans zalında keçiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO