QHT-lərə Dövlət Dəstəyi Şurasında görüş olub

Modern.az Fevralın 10-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İsveç Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri – ölkə üzrə menecer Klass Rassmussen, ölkə üzrə məsləhətçi Cesssika Pellrud və İsveçin Bakı şəhərində yerləşən konsulluğunun vitse-konsulu Bəhram Atabəyli ilə görüşüb. Azay Quliyev Şuranın yaranması, fəaliyyəti, son iki ildə keçirilmiş QHT-lərə maliyyə yardımı müsabiqələri və onların nəticələrə barədə qonaqlara məlumatlandırıb. Qonaqlar İsveç Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat veriblər. Onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək məqsədilə Cənubi Qafqazda regional layihələrin maliyyələşdirilməsi haqda təkliflərinə cavab olaraq, Şura sədri bildirib ki, belə layihələr sadəcə dialoq xətrinə deyil, həqiqətən Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət etdikdə dəstəklənə bilər. Görüşdə gələcək əməkdaşlıqla bağlı təkliflər səslənib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO