QHT-lərə Dövlət Dəstəyi Şurası qalib jurnalistləri mükafatlandırdı

[ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu gün “Park İnn” hotelinin “Dan ulduzu” zalında “2009-cu ilin QHT layihəsi”, “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqələrinin nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılması mərasimi keçirib. Modern.az xəbər verir ki, “2009-cu ilin QHT layihəsi” müsabiqəsi üzrə qaliblər Humanitar Tədqiqatlar Cəmiyyəti, “SOS” Uşaq Kəndləri Azərbaycan Assosiasiyası, Azərbaycan Hüquqşünaslar Konfederasiyası elan edilib.

“2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqəsinin nəticələrinə görə, qaliblər televiziyalar AzTV, ANS, İTV, qalib qəzetlər “Bakı xəbər”, “Şərq”, “525-ci qəzet”dir.

Həmin müsabiqə üzrə digər qaliblər online saytlardan “Azəri-Press” İnformasiya Agentliyi (APA), “Media forum”, “1news” saytları, jurnalistlərdən isə Nemət Hüseynli (“Bizim yol” qəzeti), Gültəkin Knyazqızı (“Azadlıq” qəzeti), Nailə Rövşənqızı (“Yeni Müsavat” qəzeti), Zülfiyyə Quliyeva (“Mərkəz” qəzeti) olub.
“Lider”, ATV, televiziyaları, “Lent.az” saytı və “Səs” İnformasiya Agentliyi fərqləndirici mükafatlar alıblar.
Qaliblərə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının müəyyənləşdirdiyi mükafatlar verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO