QHT gənc yazarları həbsxanaya “saldırdı”

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə Bakıda yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində istedadlı gənc yazarlarla məhkumların görüşü, eyni zamanda maralı ədəbi məclis və təqdimat keçirildi. qhtxeber.az-ın verdiyi məlumata görə, YYSQ-nin XII Bakı Kitab Bayramı – Milli Kulturoloji Müsabiqənin silsilə tədbirlərini davam kimi keçirilən məclisi cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik leyttenantı Elxan Bəylərov açdı, görüşün əsas məramı-məqsədi barədə məlumatları çatdırdı.Daha sonra məclisi aparmaq üçün söz YYSQ sədri, www.kitabxana.net – Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) verildi. Görüş-tədbirin məqsədi barədə geniş geniş danışan Aydın Xan son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər məlumat verdi. Söz alan istedadlı gənc şair, Prezident təqaüdçüsü Zaur Qəriboğlu oxucularla təmasın yaradıcı insanlara xüsusi təsir etdiyini vurğuladı, qələmə aldığı yeni şeirlərini oxudu. YYSQ üzvlərindən Samir Cəfərov və Kənan Əliyev qurum tərəfindən hədiyyə olaraq gətirilmiş 200 artıq kitabları nümayiş etdirdi. Qonaqlar məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı, onların əsərlərinin mətbuat və İnternetdə yayılmasında imkan daxilində şərait yaradacağını söylədi. Sonra Aydı Xan (Əbilov) www.kitabxana.net – Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və bildirdi ki, portalın xüsusi yeni bölümü – “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal – e-kitab formatında hazırlamaq…” adlı kulturoloji-innovativ layihə çərçivəsində elektron nəşrlər hazırlanır və şəbəkədə yayımlanır. Çıxışçı xüsusi vurğuladı ki, kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Ədəbiyyat məclisi formasında davam edən məclisdə Zaur Qəriboğlu, Yusif Nazim və gənc şairlərin, eləcə də bədii yaradıcılıqla məşğul olan məhkumlar şeirlərini oxundu, ədəbiyyat ətrafında çıxışlar oldu, suallar cavablandırıldı. YYSQ tərəfindən müəssisəyə hədiyyə gətirilmiş 200-dən çox yeni kitab, eləcə də ədəbi dərgilər ümumi kitabxanada sərgiləndi, tədbirin sonunda cəzaçəkmə müəssisəsinə bağışlanıldı… Qərara alındı ki, bu qəbil mədəniyyət və ədəbiyyatla bağlı tədbirlər davamlı keçirilsin, şair-məhkumların qələm məhsulları dövri mətbuat və İnternetdə yayımlanması ilə bağlı fəaliyyətlər gücləndirilsin.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO