Qarabağ mövzusunda yazan jurnalistlər mükafatlandırılıb

Modern.az saytı xəbər verir ki, iyulun 8-də Atatürk Mərkəzində Qarabağla bağlı jurnalistlər üçün elan olunüş musabiqənin qaliblərinin adı açıqlanıb. Qeyd edək ki, müsabiqə Gənclər Təşkilatları Milli Şurası ilə Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə baş tutub.

Müsabiqənin nəticələrinin elan edilməsi tədbirində Milli Məclisin deputatları Fuad Muradov, Rövşən Rzayev və jurnalistlər iştrak ediblər.

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı bildirib ki, Qarabağ mövzusunda musabiqəni iki ay bundan öncə elan etmişdilər: “Yazılar əsasən xarici mətbuat üçün nəzərdə tutulmuşdu. Əsas şərtlərdən biri yazıların 5 min işarədən artıq olmaması idi. Bizə 30-dan artıq yazı təqdim olundu. Təssuflər olsun ki, I yeri tutan yazı olmadı. Bir nəfər II yeri, iki nəfər III yeri tutdu. Bu yazılar xarici mətbuatda dərc olunacaq”.

Daha sonra millət vəkili Fuad Muradov bildirib ki, məqsəd o idi ki, bu yazılar Azərbaycan daxilində deyil, başqa ölkələrdə çıxsın. “Bu baxımdan bugünki tədbirə jurnalistlər dəvət etmişik. Dəvət etdiyimiz jurnalistlər içərisində mükafat alan da olacaq. Eyni zamanda, biz düşünürük ki, bu istiqamətdə silsilə yazılar olmalıdır ki, gələcəkdə biz onu böyük kampaniya halına çevirə bilək. Bizim beynəlxalq təşkilatlarla, xarici mətbu orqanlarla ciddi əməkdaşlığımız var. Çalışırıq ki, Azərbaycanın işğalı, ərazi bütövlüyunun tanıması, Dağlıq Qarabağ ətrafında gedən müzakirələrlə bağlı xarici mediada yazılar dərc olunsun”.

Millət vəkili, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvu Rövşən Rzayev bütün jurnalistləri qarşıdan gələn 22 iyul Milli Mətbut günü münasibəti ilə təbrik edib: “Bugunki qalib jurnalistlərimizin çox vacib bir məsələ olan Dağlıq Qarabağ problemi ilə bağlı yazılarının dərc olunması sevindirici haldır. Mən jurnalistlərə bu yolda uğurlar arzulayıram”.

Sonda mükafatları Milli Məclisin deputatı Fuad Muradov qaliblərə təqdim edib.

İkinci yeri Modern.az sayıtının redaktoru Əfqan Qafarlının “Ermənistanın istədiyi sulh”, III yeri “525-ci qəzet”in əməkdaşı Rufiq İsmayılovun “Ermənistanın Azərbaycana qarşı törətdiyi hər bir qeyri-qanuni əməli sulh və bəşəriyyətin təhlükəsizliyinin əleyhinə yönələn cinayətdir” və üçüncü yeri “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nadir Azərinin “Münaqişələrin-Sərhədlərin açarı Dağlıq Qarabağ” yazıları tutub.

Ümumiyyətlə, müsabiqədə iştirak edən və qalib olmayan digər jurnalistlərə də hədiyyələr verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO