Qar qəzetləri vurub

“Bakıya yanvarın 25-də düşən ilk qar qəzetin satışını aşağı salıb”. “Media forum” saytına danışan “Qaya” Mətbuat Yayımı Firmasının rəhbəri Xanhüseyn Əliyev belə deyib.

X.Əliyevin sözlərinə görə, adətən iqlim sərtləşəndə qəzetlərin satışı aşağı düşür: “Bu dəfə də belə oldu. Düzdür, biz sifarişlərimizi azaltmadıq, amma qəzetlərin satışı 15-20 faiz aşağı düşüb. Həm köşklərdə, həm əl yayımında azalma var. Lakin abunədə problem yoxdur. Biz nəşrləri abunəçilərə vaxtında çatdırmağa borcluyuq, çatdırırıq da”.

“Yeni Müsavat” qəzetinin yayımına məsul olan Abbas İsmayılov bildirib ki, hava şəraitinə görə tirajı 300 nüsxə azaldıblar: “Hazırda bir çox satış şəbəkələri işləmir. Ticarət yarmarkalarındakı satış şəbəkələri işlərini dayandırıb. Tirajımızda 300 nüsxə azalma olsa da, güman edirəm, soyuğa görə evdə oturmağa üstünlük verən insanlar qəzeti internetdən izləyirlər. Yəni oxucularımız azalmayıb”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO