“Qanun ” nəşrlər evi apreldə ən çox satılan kitabların siyahısını açıqlayıb

“Qanun” Nəşrlər Evi çap etdiyi kitablardan aprel ayında ən çox satılanlarının siyahısını müəyyənləşdirib.

“Media forum” saytının məlumatına görə, ayın ilk onluğuna düşən kitablar bunlar olub:

Aqşin Yenisey, “Cənətdə terror aksiyası”;

Sevinc Pərvanə, “Şəhər”;

Orxan Pamuk, “Mənim adım Qırmızı”;

Pərviz, “Yad dildə”;

Rasim Qaraca, “Əyri evin qadını”;

Haruki Murakami, “Zəlzələdən beş gün sonra”;

Barak Obama, “Atamın arzuları”;

Niyazi Mehdi, “Fəlsəfə tarixində fəlsəfə”;

“Əlvan fikirlər” (rusca), “Kult.az” sayıtının almanaxı;

Rəhman Bədəlov, “Azərbaycanın Avropa seçimi: problemlər və perspektivlər”.

“Cənnətdə terror aksiyası”ndan aprel ayında 37 nüsxə satılıb. Sevinc Pərvanənin “Şəhər”i mart ayında ən çox satılan kitab idi, apreldə 34 nüsxə satılıb. Orxan Pamukun kitabından satılan nüsxələrin sayı apreldə 24 nüsxə olub.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO