Noyabrın 26-da “Qış bulvarı” adlı yerlə bağlı söküntünün aparıldığı Topçubaşov küçəsi 73 ünvanında reportaj hazırlayan “Bizim Yol” qəzetinin müxbiri Ramid İbrahimov üç nəfər naməlum şəxs tərəfindən döyülüb.
Jurnalist onlara müxbir olduğunu və sakinlər tərəfindən çağırıldığını bildirdikdə buna əhəmiyyət verilməyib. “Oradakı şəxslər əvvəlcə məndən çəkdiyim fotoları silməyi tələb etdilər. Mən silməyəcəyimi bildirdikdə üstümə hücum çəkdilər. Sonra məni təhqir edən üç nəfərdən biri, İsa adlı şəxs məni döydü, fotoaparatımı isə sındırdı” – jurnalist əlavə edib. Jurnalist döyülməsilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova, daxili işlər naziri Ramil Üsubova, baş prokuror Zakir Qaralova müraciət edəcəyini bildirib.