Prokurorluq “Ayna” Mətbu Evinin vitse-prezidentinin həbsinə aydınlıq gətirdi

Bakı şəhər Prokurorluğu “Ayna” Mətbu Evinin vitse-prezidentinin həbsinə aydınlıq gətirən məlumat yayıb. Məlumatda bildirilir ki, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum edilmiş Fərhad Süleymanov bu il fevralın 16-da qanunsuz olaraq odlu silah saxlama əməlinə görə şübhəli şəxs qismində tutulub.

Fevralın 18-də isə ona qarşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham irəli sürülərək Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, F.Süleymanov “Ayna” Mətbu Evinin vitse-prezidenti vəzifəsində işləməklə oranın təsərrüfat və kommunal işlərini təşkil edib, mətbuat işi və jurnalist fəaliyyəti ilə məşğul olmayıb.

Hazırda Bakı Şəhər Prokurorluğunun istintaq idarəsində istintaq aparılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO