“Prezidenti jurnalistlərlərə tikiləcək evin təməlqoyma mərasiminə dəvət edəcəyik”

Jurnalistlər üçün tikiləcək yaşayış binasının layihəsi hazırlıq mərhələsindədir. Bu barədə Modern.az-a Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib. Onun sözlərinə görə, bina tikintisi üçün ayrılmış torpaq sahəsində həmçinin Dövlət Neft Şirkəti öz işçiləri üçün binalar tikməyi planlaşdırır. Ona görə də burada tikilən binalar kompleks olacaq.

“Bu kompleks tikinti olacaq. Ona görə də tikiləcək binaların layihələri oxşar olmalıdır. Hal-hazırda layihələr üzərində iş gedir”-deyən V.Səfərli bildidb ki, layihələr hazır olduqdan sonra binaların təməltökmə mərasiminin keçiriləcəyi vaxt barədə mətbuata xəbər veriləcək.

Dövlət Dəstəyi Fondunun icraçı direktoru qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevi də bu mərasimə qatılmağa dəvət edəcəklər.
“Çalışacağıq dövlət başçısı da orada iştirak etsin”-deyə V.Səfərli vurğulayıb.

Xatırladaq ki, ölkə başçısının sərəcamı ilə jurnalistlər üçün mənzil tikintisinə 5 milyon manat vəsait ayrılıb. Tikinti üçün Bibiheybətdəki Dövlət Bayrağı Meydanının yaxınlığında torpaq sahəsi ayrılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO