Prezident xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2010-cu il tarixli sərəncamına əsasən xalq şairi Rəsul Rzanın 100 illik yubileyi keçiriləcək.
Sərəncamda göstərilir ki, 2010-cu ilin may ayında Azərbaycanın xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın (Rəsul İbrahim oğlu Rzayevin) anadan olmasının 100 illiyi tamam olur.
Sərəncamda Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi tapşırılıb.
Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO