Prezident mətbuata görə cavab verdi. Putin Ümumdünya qəzet konqresində tənqidə qulaq asmalı oldu

O`Reyli əmindir ki, Rusiyada KİV-lər höküməti açıq tənqid edə bilmir, televiziya dövlətin nəzarəti altındadır, yerli mətbuat isə korrupsiya və «hökümətə loyal münasibətdə olan maliyyə qruplarına» satılması təhlükəsi qarşısındadır.
Şübhəsiz ki, prezident bu cür kəskin tənqidə hazır deyildi. Onun səsləndirdiyi hesabat xariciləri Rusiyanın KİV sahəsində nailiyyətləri ilə tanış edir və irəli sürülən ittihamları təkzib etmirdi. Hesabatın sonunda Putin mətndən bir qədər uzaqlaşaraq, ittihamların birini cavablandırdı. Prezidentin məlumatına görə, Rusiya KİV-nin kapitalında dövlətin iştirakı get-gedə azalır.
O`Reylinin çıxışını «Prof-Media»ın baş direktoru Rafael Akopov «Bu qalmaqaldır», -deyə qiymətləndirib. Onun fikrincə, «WAN»ın prezidenti Rusiyada söz azadlığı problemi və dövlətin KİV-də iştirakına həddən artıq diqqət yetirib. Akopov deyir ki, «Assosiasiya İstanbulda keçirilmiş konqres zamanı hətta bu problemə belə diqqət yetirməmişdi». Bazar iştirakçılarının fikrincə, hesabatın sərtliyi Rusiya hakimiyyətinin siyasətindən narazı olan qərb naşirlərinin mövqeyi ilə izah olunur.
Akopov əmindir ki, söz azadlığı Rusiya naşirlərinin qarşısında duran yeganə problem deyil. Heç prezident bilmədi ki, KİV-i söz azadlığından başqa daha nə kimi problemlər narahat edir.

Vladimir Motorin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO