Prezident milli mətbuatın 135 illik yubileyinin keçirilməsinə sərəncam verdi

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 135 illik yubileyinin geniş qeyd olunmasına sərəncam verib. İyunun 10-da imzalanmış sərəncamda milli mətbuatın 1875-ci il iyulun 22-dən “Əkinçi” qəzetinin ilk sayının işıq üzü görməsindən başlayan tarixinə qısa nəzər salınır və indiki vəziyyətdən söz açılır.

Dövlət başçısı Prezident Administrasiyasına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və bölgələrdə yubiley tədbirlərinin keçirilməsini təmin etməyi tapşırıb. Administrasiya bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflərlə də çıxış etməlidir.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO