“Gündəlik Bakı” qəzetinin baş redaktorunun birinci müavini Vazeh Mehdiyev (Bəhramoğlu) bu gün Nəsimi rayon ərazisində peşə fəaliyyətini yerinə yetirərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu bərədə “Qafqazinfo”ya redaksiyadan xəbər verilib. V. Bəhramoğlu hazırda Nəsimi RPİ-nin 20 saylı polis bölməsində saxlanılır. Jurnalistin saxlanmasının səbəbləri bəlli deyil.