Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşı Mariya Kaçinskayanın faciəli şəkildə həlak olması ilə bağlı Polşanın Bakıdakı səfirliyində xatirə kitabı açılıb.
Səfirlikdən APA-ya verilən məlumata görə, faciə ilə bağlı başsağlığı vermək istəyənlər aprelin 12-14-nə kimi saat 11.00-dan 17.00-dək səfirliyin binasına gələ bilərlər.
Qeyd edək ki, aprelin 10-da Smolensk yaxınlığında baş verən təyyarə qəzasında prezident Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla, 97 nəfər həlak olub.