“Poeziya günü ” toplusunun yeni sayı

"Poeziya günü" toplusunun yeni sayıMədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə nəşr etdikləri “Poeziya günü” adlı toplunun bu il üçün nəzərdə tutulmuş buraxılışı çapdan çıxıb. Topluya daxil olan şeirlər ayrı-ayrı müəlliflərin qələminin məhsulu olmaqla, mövzu müxtəlifliyi, forma rəngarəngliyi, dil-üslub əlvanlığı ilə seçilir. İldə bir dəfə çap olunan toplunu builki sayında 70-dən artıq şairin – fərqli nəsillərin nümayəndələrinin şeirləri toplanıb. Onlar arasında Fikrət Qoca, Ramiz Rövşən, Balayar Sadıq, Elbariz Məmmədli, Çingiz Əlioğlu, Firuzə Məmmədli, Fərqanə Mehdiyeva, Qəşəm Nəcəfzadə, Maarif Soltan, Musa Yaqub, Nəriman Həsənzadə, Vaqif Bəhmənli, Nazilə Gültac, Əli Rza və başqalarının şeirləri var. Kitabın öz söz müəllifi tənqidçi Vaqif Yusiflidir. Qeyd edək ki, almanaxda paytaxtda yazıb-yaradanlarla yanaşı, bölgələrdə yaşayan şairlərin yaradıcılığı da öz əksini tapıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO