Bu səhər Belçikada PKK-nın yayın orqanı “Roj” televiziyasının fəaliyyəti dayandırılıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, 300 federal polis PKK-ya aid 25 məntəqədə eyni zamanda əməliyyat keçirib. PKK Kongra-gel-in başçısı Zübeyir Aydar və Rəmziyə Kartal həbs olunub. “Roj” telestudiyasına hücum gedişində separatçı telekanalın yayımı dayanıb və 10 nəfər işçi həbs olunub. Əməliyyət gedişində 15 PKK-çı yaxalanıb. Polis təşkilata aid bir sıra sənədlər aşkar edib. Qeyd edək ki, PKK terror təşkilatı Avropa Birliyinin terrorçu təşkilatlar sıyahısndadır. Belçiki hökuməti də buna görə terrorçu quruma müntəzəm təzyiqlər edir. Modern.az-ın ən son məlumatına görə, Türkiyə Belçikadan həbs olunmuş PKK-çıların təhvil verilməsini istədi.