Yeni il bayramı münasibəti ilə keçirilən yolka şənlikləri hər il uşaqların səbirsizliklə gözlədiyi bir tədbir olur. Ölkədə ayrı-ayrı təşkilatlar təşkil olunmuş yolka şənliklərində öz işçilərinin ailələrinin iştitrakı qayğısına qalır və bunun üçün müəyyən addımlar atırlar.
Amma təəsüf ki, KİV sahəsində işləyənlər üçün belə imkan hələ ki, əlçatmazdır.
Odur ki, Parlament Jurnalistləri Birliyi (PJB) jurnalist uşaqları üçün Yeni il şənliyinin təşkil olunması üçün təkliflə çıxış edib. Təşkilat hesab edir ki, KİV-də çalışan jurnalistlərin əksəriyyətini cavan ailələr təşkil edir və bu baxımdan balacalar üçün yolka şənliklərinin təşkli yerinə düşər. İlk növbədə Həmkarlar İttifaqının üzərinə düşən bu məsələnin reallaşması üçün birgə səylərin ortaya qoyulması vacibdir.
Ölkənin bütün müəssə və təşkilatlarında çalışanlara güzəştli qiymətlərl bilet satılır və uşaqların belə tədbirlərdə iştirakı təmin edilir. Niyə biz kənarda qalmalıyıq?
PJB sədri Elşad Eyvazlı bildirib ki, təşkilat bununla bağlı təkliflərini hazırlayıb jurnalist təşkilatları qarşısında qaldıracaq.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlamasında təklifi dəstəklədiklərini deyib.
“PJB-nin irəli sürdüyü bu təklif tamamilə yeni bir ideyadır. İndiyə qədər heç kim bu barədə məsələ qaldırmayıb. Odur ki, bu təklifin həyata keçməsi üçün müzakirə aparılmalıdır”-deyə M.Ələsgərli bildirib.
PJB bu bayramlarda jurnalist uşaqlarının iştirakı üçün bir sıra təklifləri var. Məsələn, redaksiyaların ayıdığı müəyyən məbləğ pulla siyahı üzrə Yeni il şənlikləri təşkil edən təşkilatlarla danışıb bunu təmin etmək olar.
Hər halda, jurnalist ailələrinin bayramlarda iştirakını təmin etmək üçün KİV işçilərinin ortaq mövqeyini bilmək də pis olmazdı.