Pentaqonu qorxuya salan kitab: “Operation Dark Heart “

Pentaqonu qorxuya salan kitab: "Operation Dark Heart"ABŞ Müdafiə Nazirliyi satışa yeni çıxmış “Operation Dark Heart” (Əməliyyatın Qaranlıq Ürəyi) adlı kitabın bütün tirajını satın alaraq yox edib. ANS PRESS “İnternethaber” saytına istinadən xəbər verir ki, Pentaqona 250 000 dollara başa gələn bu addımın səbəbi hərbi sirlərin ifşa olunması qorxusu olub.

Qeyd edək ki, polkovnik-leytenant Antoni Şafferanın yazdığı 299 səhifəlik, 9 500 ədəd tirajla satışa çıxarılan kitabda Pentaqon, ABŞ Xüsusi əməliyyat idarəsi, Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) və Milli Təhlükəsizlik idarəsinin Əfqanıstanda keçirdiyi əməliyyatlar barədə məlumat verildiyi güman olunur.

“Fox News”un məlumatına görə, kitabda ölkə rəsmilərini ən çox qayğılandıran, 11 sentyabr hadisəsini törədənlərdən Məhəmməd Attanın hücumdan bir neçə ay əvvəl ABŞ rəsmiləri tərəfindən müəyyənləşməsi və onun təhlükəli olması haqda məlumata sahib olması barədə hissədir.

Əfqanıstanda ikən bürünc medalla təltif olunan Şaffera virtual dövrdə bir hekayəni eşitdirməmək üçün 10 000 kitabı alaraq yox etməyə çalışmağın çox gülünc olduğunu deyib.

Qeyd edək ki, Pentaqon kitabın ilk nəşr olunan bütün tirajını alıb. “St. Martin” mətbəəsi tərəfindən nəşr olunan kitabın 2-ci buraxılışı hökumətin tələbləri istiqamtində dəyişdirilərək nəşr olunacaq.

EKSPRESS.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO