NBC Universal korporasiyasının müxtəlif kanallarında Olimpiadanın orta hər axşamkı yayım auditoriyası 27,7 milyon təşkil edib. Ümumlikdə isə, 16 gün ərzində oyunların nümayişini 211 milyon tamaşaçı izləyib. Sonuncu 17-ci günün göstəriciləri isə hələ açıqlanmayıb. Pekindən nümayişin eksklüziv hüququ korporasiyaya 895 milyon dollara başa gəlib, efirdə yer alan reklamdan gəlir isə milyardı ötüb.
Qeyd edək ki, televiziya reytinqinin əvvəlki rekordu 1996-cı il Atlanta Olimpiya oyunlarının yayımı zamanı qeydə alınmışdır (209 milyon tamaşaçı). Yeni rekord ABŞ televiziya yayımçılarının Olimpiya oyunlarını nümayiş etdirmək hüququ uğrunda daha fəal şəkildə rəqabətini şərtləndirə bilər.
Mənbə: lenta.ru