“Payıza baxıram” Musa Yaqubun yeni kitabı işıq üzü görüb


Bəlkə də borcundan çıxmadım vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki mən,
Çürüyüm, bir ovuc torpağın artsın

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Musa Yaqubun növbəti kitabı bu misralarla başlayır. “Payıza baxıram” adlanan kitaba şairin əsasən son illərdə yazdığı şerlər daxil edilib. “Araz” nəşriyyatında nəşr olunan kitabın naşiri və redaktoru yazıçı-jurnalist Əlirza Sayılov, digər redaktoru isə professor Allahverdi Eminovdur.
“Payıza baxıram”ın giriş hissəsində redaktorların Musa Yaqubun milli-mənəvi və bəşəri dəyərlərdən qaynaqlanan, geniş oxucu auditoriyası tərəfindən sevilən yaradıcılığının bir sıra aspektlərini analiz edən “Ümman sakitliyi” adlı ön sözləri verilib.
İndiki əsl kitab boşluğunu layiqincə doldurmağa hesablanmış “Payıza baxıram” Musa Yaqub yaradıcılığının şirəsi saymaq olar. İnanmaq olar ki, kitab ölkə gənclərinin də əsl vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edəcəkdir. Bütün bunların gerçək şahidi olmaq üçün “Payıza baxıram”ı şəhərimizin kitab köşklərindən əldə etməklə Musa Yaqubun poeziya dünyası ilə baş-başa qala bilərsiniz.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO