Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib: “Azərbaycan Prezidenti Milli Məclisə seçkilərin noyabrın 7-də keçirilməsi barədə sərəncam imzalayıb. Qanunvericiliyə görə, sərəncam dərc olunan gündən seçkilərə rəsmi start verilir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilib.
Ölkədə sonuncu parlament seçkiləri 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.