Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb.
Bu barədə məlumatı AzərTAc dövlət agentliyi yayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilsin.
Qeyd edək ki, bundan əvvəlki parlament seçkiləri 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Milli.Az