Parlament jurnalistləri təbii fəlakət zonasına gedirlər

Mayın 12-də Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə ölkənin aparıcı KİV-lərinin əməkdaşları Sabirabad, Şirvan, Kürdəmir və digət Kürətrafı bölgələrə səfər edəcəklər. Bu barədə Modern.az saytına qurumun sədri Elşad Eyvazlı məlumat verib.
O qeyd edib ki, ölkə jurnalistlərinin təbii fəlakət bölgələrinə səfərlərinin əsas məqsədi baş vermiş hadisələrlə bağlı Azərbaycan ictimaiyyətini daha geniş və dəqiq məlumatlandırmaqdır: “Bu təbii fəlakət insanları elə duruma saldı ki, onlar sanki məcburi köçkün həyatı yaşamağa məcbur oldular. Biz hesab edirik ki, hər kəs çalışdığı sahədə soydaşlarımızın üzləşdikləri problemlərin həllinə yardımçı olmalıdır. Bu baxımdan jurnalistlərimizin də üzərinə bir vəzifə kimi bu fəlakətin miqyasını cəmiyyətə çatdırmaq düşür”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO