Sabahdan etibarən IV çağırış Milli Məclisə seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasına start veriləcək. Bu kampaniyada Parlament Jurnalistlər Birliyi ilə Modern.az saytı yeni layihə həyata keçirəcək.
Modern.az saytı xəbər verir ki, təbliğat-təşviqat dövründə reallaşdırılacaq bu layihə çərçivəsində seçkilərə qatılan namizədlərin seçicilər arasındakı reytinqinin öyrənilməsi ilə bağlı əksər dairələrdə mini-sorğular təşkil ediləcək.
Sorğu nəticəsində seçicilərdən kimin şanslı və şanssız namizəd olduğu soruşulacaq.
Sorğunun nəticələri PJB-yə üzv jurnalistlərin əməkdaşı olduqları əksər mətbu orqanlarda, elektron KİV-də yerləşdiriləcək.
Modern.az