Parlament Jurnalistlər Birliyi Türkiyə Qəzetəçilər Federasiyasına üzv olub

Fevralın 11-14-də Türkiyənin Nevşeher bölgəsində Türkiyə Qəzetəçilər Federasiyasının başqanlar konseyinin 29-cu toplantısı keçirilib. Tədbirdə Azərbaycandan olan jurnalist təşkilatlarının nümayəndələri də iştirak edib. Azərbaycan Parlament Jurnalistlər Birliyinin quruma üzvlük məsələsi müzakirə olunub.
Modern.az xəbər verir ki, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının sözlərinə görə, Türkiyənin ayrı-ayrı jurnalist cəmiyyətlərinin mütləq səs çoxluğu nəticəsində Parlament Jurnalistlər Birliyi Türkiyə Qəzetəçilər Federasiyasına üzv qəbul olunub. Səsvermədən sonra mənə söz verdilər: “Buna görə onlara təşəkkür etdim. Ancaq bir məsələni də vurguladım ki, biz qarşılıqlı şəkildə fəal işləməliyik. Mən pasportumu onlara göstərərək qeyd etdim ki, mənim üçün hər şeydən öncə vətəndaşlığımdır. Türkiyəli jurnalistlərə dedim ki, bu gün sizin cəmiyyətdə bəzən Qarabag problemi Azərbaycanın sıxıntısı kimi dəyərləndirilir. Ancaq Azərbaycanda hər kəs həm PKK, həm də qondarma erməni soyqırımını öz dərdi kimi qəbul edir. Bunun səbəbkarı Azərbaycan mətbuatıdır. Ona görə də Türkiyə mətbuatı elə işləməlidir ki, bu ölkədə Qarabağ məsələsi hər kəs tərəfindən öz problemi kimi qəbul edilsin. Türkiyənin jurnalist təşkilatlarının rəhbərləri mənimlə razı olduqlarını bildirdilər. Onlar bundan sonra bu məsələyə xüsusi diqqət verəcəklərini də söylədilər”.
E.Eyvazlı onu da bildirib ki, yaxın zamanlarda Türkiyə Qəzetəçilər Federasiyası əksər türk ölkələrinin jurnalistlərini əhatə edəcək böyük bir beynəlxalq jurnalist qurumunun yaradılmasını planlaşdırır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO