Yerli islamçıların dinc nümayişini işıqlandıran Geo TV kanalının reportyoru Musa Xan Xel naməlum şəxslər tərəfindən Mata şəhərinin ətrafında qətlə yetirilmişdir. Qətl jurnalistin efirə nümayiş haqqında reportajı ötürdükdən bir neçə saat sonra baş verib. Jurnalisti şəhər xəstəxanasına çatdırsalar da, həkimlər onu xilas edə bilməyiblər.
Bildirilir ki, qətlə görə məsuliyyəti hələ ki, üzərinə götürən olmayıb, lakin əvvəllər yerli taliblərin səhra komandirləri dəfələrlə Pakistan jurnalistlərini hədələyiblər.
lenta.ru