“OXU” JURNALININ İLK SAYI ÇIXDI

“Oxu” jurnalının ilk sayı işıq üzü görüb. Dərgi dekabrın 2-dən satışda olacaq. Baş redaktor Elşad Miri “Media forum” saytına açıqlamasında deyib ki, 32 səhifəlik rəngli jurnal 2500 tirajla çıxıb.

“Oxu” eyniadlı qəzetin bazasında yaradılıb. Elşad Mirinin sözlərinə görə, ayda iki dəfə işıq üzü görəcək jurnalın ilk sayında maraqlı materiallar var: “Oxucular islam mehmanxanalarının harada inşa olunmasından, ən iri “Quran” kitabının həcmindən, hicri aylarının necə müəyyən olunmasından xəbər tutacaqlar. Dərgidə islam dünyasında haram sayılan aylar haqda müfəssəl məlumat verilir, Məhərrəm ayında, eləcə də Aşura günlərində oruc tutmağın savabından danışılır. Digər maraqlı yazılardan biri dinini dəyişən vətəndaşların daha çox hansı ölkələrdən olması haqqındadır.

Oxuculara Allahın adları və sifətləri ilə bağlı yazı, həmçinin “Quran”ın iki ayəsinin təfsiri, italyan professorunun namaz həssaslığı haqda məqaləsi, dini qadağa ilə bağlı “Təbliğat aparmaq niyə qumarbazlıqdan pisdir” adlı yazı və başqa materiallar təqdim olunub”.

Jurnalı dekabrın 2-dən bütün qəzet köşklərindən, metro stansiyalarından və məscidlərin yaxınlığından əldə etmək mümkündür.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO