“Osmanlı Sənədlərində Qarabağ” kitabı işıq üzü görüb

Türkiyə Baş nazirliyinin Dövlət Arxivləri Mərkəzi İdarəsi 660 səhifəlik “Osmanlı Sənədlərində Qarabağ” adlı kitab nəşr etdirib. Nəşrdə Osmanlı arxivlərində aparılan araşdırmalar nəticəsində aşkar olunan sənədlər əsasında Gəncə Bəylərbəyiliyinin tərkibində idarə olunan Qarabağ haqqında 119 başlıq altında məlumat verilir.
Kitab “Siyasi, Hərbi və Diplomatik Münasibətlər” və “Mühacirət” adlı iki bölmədən ibarətdir. Birinci bölmədə bölgənin əhali nisbətinin ermənilərin lehinə dəyişdirilməsi səyləri və onların həyata keçirdikləri dağıdıcı fəaliyyətlər göstərilib.
Mühacirət bölməsində isə ermənilər tərəfindən qətl və qarətlərə məruz qalmış Qarabağda yaşayan müsəlman türklərin Anadoluya mühacirət etdikləri bildirilir.
Kitaba ön söz yazan Dövlət Arxivləri Mərkəzi İdarəsinin müdiri Yusif Sarınay Ermənistanın işğalı altında olan Qarabağın Kür və Araz çayları, Göyçə gölü arasında dağlıq ərazi və ovalıqlardan ibarət Azərbaycan Respublikası ərazisinə aid strateji bölgə olduğunu qeyd edib

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO