Orxan Fikrətoğludan ANS-ə tənqid

Hər bir kanalın bir üzü var. ANS-dan umanlar çoxdur və onu informasiya, xəbər kanalı kimi tanıyırlar. Mən çox istədim ki, ANS-ın efirinə bizim dövrümüzdə olan siyasi debatlar qayıtsın, çünki siyasi debat olmalıdır”.

Bu fikirləri qafqazinfo.az saytına yazıçı-publisit Orxan Fikrətoğlu deyib. Onun sözlərinə görə, bu gün televiziyalarda jurnalist araşdırması çatmır: “Mən Slavyan Universitetində jurnalist tədqiqatı adlı dərs keçirəm, amma məndən soruşsalar ki, bunu harada edək, bilmirəm nə cavab verəcəm. Jurnalist tədqiqatı, siyasi debatlar, normal siyasi tok-şoular, bugünkü günün nəbzini duyan xəbərlər sistemi belə aşağı səviyyədədir. Mən bunları Seyfulla Mustafayevə, Mir Şahinə də deyirəm. Orxan Fikrətoğlu orqanik olaraq şou-proqramları qəbul etmir. Elə əyləncə verilişləri var ki, sırf qalmaqal yaratmaqla məşğuldur”.

O.Fikrətoğlu hazırda işlədiyi ANS-in efir siyasətinə də toxunub. O, deyib ki, reytinq siyasətini davam edəcəksə, ANS-də heç nə qalmayacaq: “Mən çox istərdim ki, bütün televiziyalar bu reytinq siyasətindən üzülüşsünlər, hanısa bir çıxış yolu tapsınlar. Mənə elə gəlir ki, çıxış yolu var. Məsələn, dövlət maliyyələşdirə bilər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO