Oqtay Əsədov mətbuatla bağlı tapşırıq verdi

Milli Məclis sədri Oqtay Əsədov deputat Fazil Mustafanın mətbuatla bağlı dediklərinə münasibət bildirib. Spiker çıxışında mətbuatda parlamentlə bağlı yazılanlarımn araşdırılması üçün Milli Məclisin mətbuat xidmətinə Mətbuat Şurasında müraciət etməklə bağlı tapşırıq verib.

Daha sonra Milli Məclis sədri bildirib ki, Azərbaycan mətbuatında müəyyən mənfi tendensiyalar var ki, ölkəmizin beynəlxalq imicinin korlanmasında yardım edir.
“Amma bütün bunlara baxmayaraq Azərbaycan beynəlxalq təşkilatlarda öz işini davam etdirir. Fazil Qəzənfəroğlu məsələsini tapşırmışam məsələ araşdırılacaq”,- deyə spiker qeyd edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO