Dekabrın 7-də Azərbaycan Media Mərkəzində “Onlayn jurnalistlər üçün vəsait” kitabının təqdimatı keçirilib.
Media Mərkəzinin əməkdaşı Gülnarə Axundova bildirib ki, kitab Avropa Şurası və Avropa Komissiyasının maliyyə dəstəyilə həyata keçirilən “Media azadlıqları” layihəsi çərçivəsində hazırlanıb. G.Axundova deyib ki, kitabda onlayn jurnalistikanın rolundan, xəbər saytının idarə edilməsindən, xəbərlərin toplanması və yayılması üçün sosial şəbəkədən istifadə olunması metodlarından bəhs edilir.
“Turan”ın məlumatına görə, Avropa Şurasının Bakıdakı informasiya ofisinin rəhbəri İlqar İbrahimli BBC, CNN və “Əl-Cəzirə” telekanallarının xəbər saytlarının ingilis dilindəki versiyasını yaratmış, hazırda “Media mediaya kömək edir” adlı qurumun rəhbəri Devid Bryüverin “Onlayn jurnalistlər üçün vəsait”in hazırlanmasına yardım göstərdiyini vurğulayıb.