Olimpiada zamanı Çin televiziyası tarixində ilk dəfə canlı efirdə işləyəcək

Dövlət və Kommunist partiyası ölkə ərazisində yayımlanan radio və teleproqramların məzmununu ciddi nəzarət altında saxlayır. Bu hətta ölkənin hüdudlarından kənarda keçirilən idman yarışmalarına da aiddir. Məsələn, Avro-2008 futbol yarışmalarını tamaşaçılar avropalılarla müqayisədə bir neçə dəqiqə gec izləyə biliblər. Məlumata görə, avqustun 8-də açılacaq Pekin Olimpiadasını televizor vasitəsilə 4 milyarda yaxın insan izləyəcək ki, bu da təxminən planet əhalisinin üçdə iki hissəsidir.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO