Dövlət və Kommunist partiyası ölkə ərazisində yayımlanan radio və teleproqramların məzmununu ciddi nəzarət altında saxlayır. Bu hətta ölkənin hüdudlarından kənarda keçirilən idman yarışmalarına da aiddir. Məsələn, Avro-2008 futbol yarışmalarını tamaşaçılar avropalılarla müqayisədə bir neçə dəqiqə gec izləyə biliblər. Məlumata görə, avqustun 8-də açılacaq Pekin Olimpiadasını televizor vasitəsilə 4 milyarda yaxın insan izləyəcək ki, bu da təxminən planet əhalisinin üçdə iki hissəsidir.
Mənbə: lenta.ru