Şirkətin hesabatına əsasən, çəkilişlər Obamaya 4 milyon dollara başa gəlib və çərşənbə günü axşam eyni vaxtda CBS, NBC, Fox, BET, Univision, MSNBC və TV One kanallarında yayımlanıb. Ən böyük auditoriya demokratların yeni çarxını 7,7 milyon teletamaşaçının seyr etdiyi NBC kanalında qeydə alınıb.
Agentlik bildirir ki, Obamanın seçkiqabağı reklam çarxları, habelə seçicilər qarşısında çıxışları getdikcə daha çox tamaşaçını özünə cəlb edir ki, bu da kanalların reytinqlərini artırır. Belə ki, iki ay əvvəl Obamanın Denverdəki inaqurasiya çıxışını 40 milyondan artıq tamaşaçı izləmişdir.
Mənbə: lenta.ru