İnternet media radio və qəzeti sıxışdırıb

İnternet xəbərlər mənbələri arasında populyarlığa görə ABŞ-da üçüncü yerə yüksəlib

İnternet ABŞ-da xəbərlər platformaları arasında populyarlığa görə üçüncü yerdədir.

Lent.az-ın cnews.ru saytına istinadən verdiyi məlumata görə, “Pew Research Internet & American Life Project” təşkilatının yeni araşdırmasında qeyd olunur ki, internet ABŞ-da yalnız yerli və milli televiziya kanallarından geridə qalır.

Onlayn kütləvi informasiya vasitələri yerli qəzet və radio kanallarını populyarlığa görə geridə qoya biliblər. Bu təşkilat tərəfindən aparılmış sorğuda iştirak edən respondentlərin sorğu iştirakçılarının 73 faizi isə CBS kimi milli kanallara və ya kabel televiziyasına üstünlük verdiklərini qeyd edib.

Respondentlərin 61 faizi isə əsas xəbər mənbəyi sırasında internetin adını çəkib.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO