İnternet istifadəçilərinin sayı 2i milyarda çatır

Cari ildə dünya üzrə internet istifadəçilərinin sayı iki milyardı keçəcək ki, bu Yer Kürəsi əhalisinin üçdə bir hissəsi deməkdir. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının yeni hesabatında bildirilir.

Hesabata əsasən 2010-cu ildə Qlobal Şəbəkədə qeydə alınmış 226 milyon yeni istifadəçinin 162 milyonu inkişaf edən ölkələrdə yaşayır və bu regionlardan istifadəçi artımı daim yüksəlməkdədir.

Lakin ilin sonuna kimi inkişaf etmiş ölkələrin ümumi əhalisinin 71 faizi internetə qoşulacaq, inkişaf edən ölkələrdə isə bu göstərici cəmi 21 faiz təşkil edəcək. BTİ mütəxəssisləri qeyd edirlər ki, inkişaf edən ölkələr üçün nəinki Şəbəkəyə çıxış, keyfiyyətli internetin təmin olunması olduqca vacib məsələdir.
“Genişzolaqlı çıxış – bizim əsas hədəfimizdir. Sürətli internet iqtisadiyyatda yeni iş yerlərinin açılması, insanların savadlılıq səviyyəsinin artırılması, eləcə də iqtisadi rəqabət üçün uzunmüddətli şəraitlərin yaradılmasına imkan verir”, – deyə BTİ-nin baş katibi Hamədun Ture bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO