Nəriman Nərimanov Gürcüstanda anılacaq

Nəriman Nərimanov Gürcüstanda anılacaqGörkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Nəriman Nərimanovun 140 illik yubileyi Rusiya Federasiyasında və Gürcüstanda qeyd edilir. Nəriman Nərimanovun ev-muzeyindən verilən məlumata görə, aprelin 6-da Rusiyanın Həştərxan şəhərində böyük ədib və ictimai-siyasi xadim Nəriman Nərimanovun yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tanınmış mütəffəkirin yubileyi onun doğulduğu Gürcüstanda da qeyd olunacaq. Aprelin 14-də Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində-N. Nərimanovun adını daşıyan küçədə yazıçı-publisistin abidəsi önünə gül dəstələri qoyulacaq və xatirəsini anma mərasimi keçiriləcək.
Həmçinin, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə M.F.Axundovun Tiflisdəki ev-muzeyində N.Nərimanovun xatirəsi yad ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO