Bəyanatda deyilir ki, belə bir qərar Azərbaycanda plüralist mətbuatın inkişafına deyil, ziyanına işləyəcək. «Norveç Azərbaycanla münasibətlərdə demokratiya, hüquqi dövlət və insan haqlarının inkişafı məsələlərinə diqqət yetirir. Xarici xəbər mənbələrindən istifadə imkanı bu məsələlərin tərkib hissəsidir. Odur ki, biz Milli Teleradioyayım Şurasının ölkədə xarici radioları bağlamaq planlarından təəssüflənir və məsələni Azərbaycan hökuməti ilə müzakirə etmək niyyətindəyik», – deyə Norveç XİN-in bəyanatında bildirilir.
Mənbə: day.az