Nüşirəvan Məhərrəmli: “Uşaq kanalı hökumət cavabdehlik götürəcəyi zaman açılacaq “

Azərbaycanda uşaq kanalı üçün müəyyən zəminlər olacağı, hökumət kanalın yaradılmasına görə cavabdehliyi üzərinə götürəcəyi zaman açılacaq.

Bunu SalamNews-a Milli Teleradio yayımları Şurasının sədri Nüşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, balacalar üçün ayrıca kanalın yaradılması çox vacib məsələdir. Uşaqlar xarici filmlər əsasında tərbiyə almamlıdır. Bunun üçün yerli veriliş və filmlər çəkilməlidir.

O deyib: “Əvvəllər Azərbaycanda idman və mədəniyyət kanalının yaradılmasına ehtiyac var idi. Onların hazırlanması üçün öhdəliyi hökumət üzərinə götürdü. Əgər bu dəfə də hökumət hazır olduğunu bildirərsə, kanalın yaradılmasına başlamaq olar”.

N.Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio yayım Şurasına uşaq kanalının yayımlanması üçün tezlik və lisenziyanın verilməsi ilə bağlı müraciət olunmayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO