Azərbaycan Karikaturçular Birliyinin sədri, əməkdar incəsənət xadimi Bayram Hadızadənin “Neft və Karikatura” kitabı işıq üzü görüb. Topluda 300-dən çox əsər öz əksini tapıb. Bu əsərlərdə neft sənayesinin 1906-cı ildən başlayan tarixi təcəssüm olunur. Bu barədə rəssam özü məlumat verib. Azərbaycan və İngilis dillərində olan kitab 500 tirajla nəşr olunub.
Aprelin 7-də sözügedən kitabın təqdimetmə mərasimi keçiriləcək.