Nazirliklərin mətbuat xidmətində çalışan həmkarlarımız 135 illikdə öz nazirlərindən nə hədiyyə gözləyir?

Ekspertlər mətbuat xidmətlərində çalışanların diqqətdən kənarda qalmasını düzgün saymır
Elçin Mirzəbəyli: “Hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərində çalışan həmkarlarımıza – rütbəsi olmayanlara rütbə verilməsi rütbəlilərin isə rütbəsinin artırılmasını vacib sayıram” Yunus Oğuz: “Nə üçün hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərində çalışan həmkarlarımızın rütbəsi artırılmamalıdır?”

Azərbaycan jurnalistləri 22 İyul Milli Mətbuat ününə hazırlaşır. Hər bir jurnalistin arzusu məhz bu gündə kiminsə təbrikini eşitmək yada salındığını hiss etməkdir. İnsan həyatda yalnız maliyyə maraqlarını təmin etmək üçün yaşamır axı. O həm də öz əməyinin zəhmətinin qarşılığında mənəvi dəstək umur.

Milli Mətbuat Günü dedikdə biz əsasən qəzetdə işləyən jurnalistlərin dövlət və qeyri-dövlət təşkilatları tərəfindən mükafatlandırılmasını başa düşürük. Müxbirlərlə sıx əməkdaşlıq edən onlarla daim ünsiyyətdə olan jurnalistlər var ki Milli Mətbuat Günündə onları yada salan olmur. Məsələn dövlət qurumlarının mətbuat xidmətlərində çalışanlar. Bu insanlar yaxşı bilir ki bu xidmətdə çalışmaq nə qədər məsuliyyət və zəhmət tələb edir. Müxbirlərdən fərqli olaraq dövlət qurumlarının mətbuat xidmətləri bir neçə məsuliyyət daşıyır. Onlar mətbuat xidmətinin əməkdaşı olaraq hər bir fəaliyyətinə (hətta fəaliyyətsizliyinə) açıqlamasına (hətta susmasına) görə həm təmsil olunduğu qurumun rəhbərliyi həm müxbirlər həm də ictimaiyyət qarşısında məsuliyyət daşıyırlar. Mətbuat xidmətlərinin işçiləri jurnalistləri eləcə də cəmiyyəti dövlətlə əlaqələndirən əməkdaşlığını gücləndirən mühüm vasitəçilərdir.

Odur ki Milli Mətbuat Günündə dövlət qurumlarının mətbuat xidmətlərinin yada salınması facibdir. Hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərində çalışan jurnalistlər var ki onlar eyni zamanda rütbə daşıyır. Amma neçə illərdir ki rütbələri artırılmır. Aydındır ki hüquq-mühafizə orqanlarında işləyənlərin rütbələri bir neçə faktora görə artırılır. Onlardan biri də işlərindəki uğurlarla bağlıdır.

Mətbuat xidmətlərində çalışanların uğurlarını müəyyənləşdirmək çətin olsa da mümkündür. Ən azından jurnalistlər arasında sorğu keçirməklə hansı mətbuat xidmətinin əməkdaşının il ərzində daha aktiv fəaliyyət göstərdiyini müəyyənləşdirmək olar.

Yaxşı olardı ki nazirlər komitə sədrləri Milli Mətbuatımızın 135 illiyində mətbuat xidmətlərini mükafatlandırsın onların əməyini qiymətləndirsin. Rütbə daşıyan jurnalistlərin rütbələri artırılsın digərlərinə başqa adla mükafatlar verilsin və s.

Jurnalistlər arasında apardığımız sorğular da göstərdi ki ötən il mətbuatda ən sıx əməkdaşlıq edənlər Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin mətbuat xidmətləri olub.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təşəbbüsü yüksək qiymətləndirdi. Onun sözlərinə görə nazirlər tərəfindən bu təşəbbüs mütləq qiymətləndirilməlidir: “Mən hüquq-mühafizə orqanlarında – Daxili İşlər Nazirliyinin Baş Prokurorluğun Ədliyyə Nazirliyinin Müdafiə Nazirliyinin Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətlərində çalışan həmkarlarımıza – rütbəsi olmayanlara rütbə verilməsi rütbəlilərin isə rütbələrinin artırılmasını vacib sayıram. Həmin mətbuat xidmətlərində çalışan insanlar var ki vaxtilə bir yerdə işləmişik və indi də jurnalistlərlə sıx əməkdaşlıq edirlər. Lazım olan informasiyaları mətbuata ötürürlər. Ona görə də mən də qaldırılan təşəbbüsü dəstəkləyirəm ki onların rütbələri artırılmalıdır”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz da təşəbbüsü müsbət qiymətləndirdi: “Mən də belə bir addımın atılmasını vacib sayıram. Bu mütləq olmalıdır. Milli Mətbuatın 135 illiyində heç bir jurnalist yaddan çıxmamalı unudulmamalıdır. Dövlət qurumlarında çalışan həmkarldarımızın zəhməti əməyi nazirlər tərəfindən qiymətləndirilməlidir. Axı nə üçün onlar diqqətdən kənarda qalmalıdır? Nə üçün hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərində çalışan həmkarlarımızın rütbələri artırılmamalıdır? Mən də qaldırdığınız təşəbbüsü dəstəkləyirəm və düşünürəm ki bu ideya arqumentləşdirilərək nazirlərə verilməlidir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO